
Suriya ordusu Həmat şəhərini Hələb Aeroportu ilə birləşdirən əlaqə yoluna nəzarəti silahlı qiyamçıların əlindən çıxartdı.
Ordu qüvvələri şənbə günü bir bəyanat yayaraq bildirib ki, hərbçilər vətəndaşların dəstəyi ilə hava limanına gedən yolun ətrafındakı kəndləri terrorçulardan təmizləyiblər. Suriya ordusu bu yolu ələ keçirməklə hava limanına yaxın ərazilərə terrorçularla döyüşmək üçün yeni qüvvələr göndərə biləcəklər.
Suriya iki ilə yaxındır ki, xarici ölkələr tərəfindən maliyyələşdirilən və silahlandırılan terrorçular və silahlı qiyamçılar tərəfindən xaosa sürüklənib.