İranXƏBƏRLƏR

İran prezidenti ehtiyaclı məhbuslar 1 milyard rial yardım etdi

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bazar ertəsi günü gecə məhbuslara yardım məqsədilə keçirilən “Golrizan” şənliyi ilə yanaşı 1 milyard rialı qanbahası qərargahına təqdim edib.

İranın Qanbahası Qərargahının sədri Seyid Əsədullah Culayi bu xəbəri bildirərək deyib: Prezident həmçinin Qətər əmiri tərəfindən hədiyyə olaraq aldığı qiymətli bir saatı da bu qərargaha hədiyyə edib. Bundan öncə İslam İnqilabının Rəhbəri ölkənin ehtiyaclı məhbuslarının azadlığına yardım məqsədilə keçirilən “Golrizan” şənliyi ilə yanaşı 1 milyard 200 milyon rial qanbahası qərargahına kömək etmişdi.

“Golrizan” şənliyi hər il xalq qərargahının təşəbbüsü ilə qanbahası məsələlərinin araşdırılması və ehtiyaclı məhbuslara kömək məqsədilə keçirilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu