Misirin Sina məntəqəsində silahlı qruplaşmaların sərkərdələrindən biri bu qrupun bir həftə ərzində İslam İmarəti adı altında Sina məntəqəsi üçün plan icra edəcəyini bildirib.
Bu plan əl-Qaidə qruplaşmasının tərəfdarı olan qruplaşmalar tərəfindən tənzimlənib və bu sərkərdənin sözlərinə görə, bu plan ötən gün başlanıb. 25 yanvar inqilabı və Misirdəki son hadisələr bu planın icrasına zəmin yaradıb.
Adının açıqlanmamasını istəyən sələfi cərəyanının bu üzvü əl-Şuruqla müsahibədə deyib: Sina məntəqəsində İslami İmarət planının 6 mərhələsi vardır. Bəzi mərhələlər başlanıb və bəziləri də tezliklə icra olunacaq.
O xatırladıb ki, bu planın ilk mərhələsi Sinada Misir polis şöbələrinə hücumla başlandı. Lakin hökumət bu hücumlarla qətiyyətli şəkildə davrandı və bu bölgənin əhalisinin bəzisini Mübarək rejiminin təhlükəsizlik qüvvələrinin üsulu ilə kor-koranə şəkildə həbs etdi.
Bu terrorçu sərkərdəsinin sözlərinə görə, polis qüvvələrinə hücumun ikinci mərhələsi bir neçə əməliyyatın həyata keçirilməsi, polis qüvvələrinin terror olunması, mərkəzi təhlükəsizlik qüvvələrinin bazalarına doğru atəş açılması və polis qüvvələrinin oğurlanmasıdır. Bu mərhələ bir ay öncə həyata keçirildi və mərhələ prosesində Misir hərbçilərindən yeddisi oğurlandı.
O deyib: 3-cü mərhələ ordu qüvvələrinə hücum və atəş açmaqdır. Bu məsələnin detallarını açıqlamaq istəmirəm. Lakin ordu ötən zaman kəsiyində əməliyyatında tunelləri dağıdaraq və apaçi helikopterlərindən öz yürüşlərində istifadə edərək sərt davranmışdır.
Bu planın 4-cü mərhələsi xristianlara hücumdur. Belə ki, Sina məntəqəsində stabilliyə zərbə vurmaq və tayfa fitnəsini genişləndirmək məqsədilə icra olunan əməliyyatda bir keşiş öldürüldü.
Bu planın 5-ci mərhələsi mülki vətəndaşlara hücumdur. Onlardan sement zavodu işçilərinə hücumu qeyd etmək olar.
Qruplaşma üzvü əlavə edib: Bu mərhələ planın icra olunan mərhələləri arasında ən təhlükəlisidir. Belə ki, vətəndaşlar arasında qorxu və dəhşət yaratmaq məqsədilə icra olunur.
Sina səhrasında fəal terrorçu qruplaşmasının bu sərkərdəsinin sözlərinə görə, son 6-cı mərhələdə bəzi şəxsiyyətlər ya vətəndaşların oğurlanması ilə əlaqədar cinayətlərin törədilməsi və Sina məntəqəsində bölgələrə raket və minomyot hücumlarının edilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, Misir ordusu və polisinin gecə hərəkət edən avtomobillərə apaçi vertolyotları vasitəsi ilə hücumu ilə əlaqədar əməliyyatının davam etməsi bədəvilər üçün çox təhlükəli mənfi nəticələrə malikdir və yolların təhlükəsizliyini məhv edə bilər.
Sonda terrorçu sərkərdəsi əlavə edib: Həbsdən azad olan və xarici və daxili cihad təşkilatları ilə əlaqədə olan cihad və sələfi ünsürlərinin çoxu bu hücumlarda iştirak edirlər.