AzərbaycanXƏBƏRLƏR
Hərbçiləri daşıyan avtobus qəzaya düşüb
Azərbaycanda hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə avtobusda olan hərbçilərdən biri dünyasını dəyişib, 4-5 nəfər isə ağır xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində qeydə alınıb.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hesablamasına görə, 2013-cü ilin 7 ayında Azərbaycan Respublikasının təhlükəsizlik və müdafiə sektoru 52 nəfər itirib. İtkilərin 8-i döyüş, 44-ü qeyri-döyüş itkisidir.

