FələstinXƏBƏRLƏR

Cenevrə; sionist rejimin işğalçılıqları əleyhinə yeni qətnamə çıxarılıb

Cenevrədə yerləşən və Birləşmiş Millətlər Təşkilatına bağlı olan İqtisadi və İctimai Şura sionist rejimin işğalçılığının fələstinlilərin və işğal edilmiş Cövlan Yüksəkliklərinin ərəb sakinlərinin məişət vəziyyətlərinə iqtisadi və ictimai baxımdan mənfi nəticələri haqda yeni qətnamə çıxarıb.

Bu qətnaməyə 43 ölkə müsbət , iki ölkə isə mənfi səs verib. Bu şura özünün sionist İsrail rejimi haqdakı qətnaməsində bu rejimin İşğal Edilmiş Fələstin və Cövlan məntəqələrini təbii mənbələrindən istifadəsi haqda da nigaranlığını bildiribdir. Bu qətnamədə sionist işğalçıların davamlı ətraf-mühitin reallaşması və sağlam iqtisadi atmosferin yaradılması uğrunda səylər əleyhinə təhlükəli formada maneəçiliklər törədikləri bildirilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu