FələstinXƏBƏRLƏR

İşğal olunmuş Fələstində etiraz aksiyaları davam edir

İşğal olunmuş Fələstində etiraz aksiyaları davam etməkdədir. Bununla əlaqədar sionist Maariv qəzetinin işçiləri də iqtisadi problemlərin davam etməsi, müdirlərin ardıcıl şəkildə dəyişilməsi və bu qəzetin naməlum gələcəyinə etiraz olaraq tətil keçiriblər.

Sionist Maariv qəzetinin işçiləri bu qəzetin mətbəəsi qarşısında toplaşaraq bildiriblər ki, tələbləri gerçəkləşəcəyi zamana və işçilərin gələcəyi bəlli olana qədər tətilləri davam etdirəcəklər.

Sionist Maariv qəzetinin maliyyə problemləri onun sahibi və redaktorunun dəyişilməsinə səbəb olub. Yeni müdiriyyət xərcləri azaldaraq bir qrup işçini ixtisara salıb və digər bir qrupunun da maaşını azaldıb.

Sionist ictimaiyyətində iqtisadi böhran son vaxtlar kəskinləşib və sionist rejimin müxtəlif sektorlarını gərgin vəziyyətlə üzləşdirib. Belə ki, sionist mənbələrin etirafına görə, maliyyə böhranına görə öz işçilərini ixtisara salmayan heç bir iş yeri yoxdur.

Bir neçə gün öncə də sionist rejim Fəhlə Birliyi “Hestadrot” işğal olunmuş Fələstinin limanlarında məhdudiyyətsiz tətillərin keçirildiyini bildirmişdi.

Şaham Aktyorlar Birliyi də maaşın azlığına etiraz olaraq tətillə sionist rejimi təhdid edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu