
İraqdakı Sədr Cərəyanının başçısı Bəhreyn hökumətinə xəbərdarlıq edib ki, siyasi məhbusları azad etmədiyi təqdirdə , gələcək günlərdə başqa mövqe tutacaq.
Müqdəta Sədr bu haqda bir bəyanat yayaraq, bəhreynlilərdən istəyibdir ki, yekun zəfərə çatmaq üçün zülmə qarşı inqilab və cihadlarını davam etdirsinlər. O Bəhreyn hökumətini, aksiya iştirakçıları və inqilabçıların istəklərinin heç birinə əməl etməməkdə ittiham edib. Müqtəda Sədr Bəhreyn hökumətindən istəyibdir ki, həbs edilənləri dərhal və heç bir təxirə yol vermədən azad etsin. O həmçinin hədələyibdir ki, Bəhreyn hökumətinin bu hərəkəti həyata keçirmədiyi təqdirdə gələcək günlərdə başqa mövqe tutacaq.
Bəhreyn İnqilabının məzlum olduğunu bildirən Sədr cərəyanının başçısı sonra belə bildirib: “ İki il ötüb və hələ də Bəhreyndə xarici müdaxilə davam edir və bu ölkədə xarici hərbi qüvvələr yerləşiblər”.
Müqtəda Sədr Bəhreyn inqilabının bütün mücahid inqilabçılar və səbirli möminlər üçün bir örnək olduğunu bildirərək, bu inqilab haqda sükutü habelə bu inqilabı tayfa məsələlərinə nisbət verilməsini tənqid edib.
“ Bəhreyn inqilabı tələskən olmayıb, əksinə tam yerində və Bəhreyn xalqının istəyi və iradəsinə əsasən baş verib. Biz İraqda bəhreynliləri himayə edib, onlara dəstək məqsədilə aksiyalar keçirəcəyik. Bizim vəzifəmiz budur ki, bu inqilabı himayə edək” –deyə İraqın Sədr cərəyanının başçısı qeyd edib.
Ötən cümə günü İraq xalqı bu ölkənin bir neçə şəhərində, xüsusilə Nəcəf, Kərbəla və Bağdadda Bəhreyn xalqını himayədə aksiyalar keçirib, Ali-Səud rejiminin işğalçı qüvvələrinin Bəhreyni tərk etmələrini tələb etdilər.
