“Gəncləri azad edin! Sənin imzan təsəvvür etdiyindən də güclüdür”
Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları siyasi motivlərlə həbsdə saxlanılan gənclərin azad edilməsi üçün “Gəncləri azad edin” adlı imza toplama kampaniyasına başlayıblar.
Kampaniya qarşısına gənclər üçün 10000 imza toplamağı hədəf kimi qoyub.
Gənclər növbəti addımlarla siyasi motivlərlə həbs olunmuş həmyaşıdlarının hələ də həbsdə saxlanması ilə razılaşmadıqlarını Azərbaycan hakimiyyətinə xatırlatmaq, daha çox insanın həbsdə olan gənclərlə bağlı məlumatlandırılması üçün çalışacaqlarını bildirirlər.
Təşkilatçılar burada imza toplamaqdan əlavə gəncləri öz xəttləri və imzaları ilə üzərində “Gəncləri azad edin! Sənin imzan təsəvvür etdiyindən də güclüdür” yazılmış kağızların fotolarını çəkməyə və sosial şəbəkələrdə yerləşdirmə çağırıblar. Hər bir imzanın əhəmiyyətli olduğunu diqqətə çatdırmaq üçün Amnesty International təşkilatının videoları əsasında gənclərə çağırış da edilib.