DünyaFələstinXƏBƏRLƏR

“Fələstin probleminin yeganə həlli sionist rejimə qarşı müqavimətin davamıdır”

Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi İran xalqının Ümumdünya Qüds Günü yürüşündə möhtəşəm iştirakına toxunaraq deyib: Fələstin məsələsinin yeganə həll yolu sionist rejimə qarşı müqavimətin davam etdirilməsidir və digər üsulların Fələstin xalqının heç bir xeyri olmayacaqdır.

Tehranın cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi sionist rejimin cinayətləri qarşısında Fələstinin məzlum xalqını himayə edərək deyib: İran xalqı cümə günü Ümumdünya Qüds Günü yürüşündə “ABŞ-a ölüm” və “İsrailə ölüm!” şüarı ilə əzəmətli iştirakla bir daha Fələstin xalqını dəstəklədiyini elan etdi.

Ayətullah Xatəmi cinayətkar ABŞ-ın ardınca olduğu təslimçi saziş müzakirələrini də sionist rejimin məqsədləri çərçivəsində adlandırıb və deyib: Bu müzakirələr saxta İsrail rejiminə qanunilik bəxş etmək və onu təsbit etmək üçün proqramlaşdırılıb.

Tehranın cümə namazı xətibi həmçinin islam dünyasında təfriqə yaratmaq üçün ABŞ-ın məkrli planları barəsində xəbərdarlıq edib və xatırladıb: ABŞ və beynəlxalq sionizm sadəlövh təkfirçiləri maliyyə cəhətindən dəstəkləməklə, İraq və Suriyada kütləvi qırğınlar törətməklə regionda onlardan öz məqsədləri üçün istifadə edirlər.

Misir prosesləri və ABŞ və sionist rejimin Misirlə bağlı planları barəsində xəbərdarlıq edən Ayətullah Xatəmi deyib: Misir xalqı öz islami oyanışında sayıqlığı qorumalı və ABŞ və sionist rejimin onların inqilablarını müsadirə etmələrinə imkan verməməlidir.

Tehranın cümə namazı xitabətçisi həmçinin Livan Hizbullahının hərbi qanadını öz terrorçu qruplaşmalar siyahısına salmaqla bağlı Avropa Birliyinin addımını pisləyərək söyləyib: Hizbullah Livanın ərazi bütövlüyünün qorunmasında işğalçılar qarşısında dayanıb və öz xalqını sionistlər qarşısında müdafiə edir.

Avropa Birliyinin terrorçu Münafiqlər qruplaşmasını dəstəklədiyinə toxunan Ayətullah Xatəmi bildirib: Avropa Birliyi bu hərəkəti ilə özünü rüsvay etdi. Livan Hizbullahı sionistlər qarşısında qüdrətlə dayanıb və onların gözündəki tikan kimi olacaqdır.

ABŞ-ın İran xalqına qarşı yeni sanksiyalarına münasibət bildirən Tehranın cümə namazı xətibi söyləyib: Qərblilər nüvələşmiş İran deyil, İslami İranla qarşılaşıblar. Çünki İran xalqı sanksiyalar qarşısında güclü şəkildə dayanıb və düşmənlərin bütün məkrli planlarını zərərsizləşdirəcəkdir.

Tehranın cümə namazı xətibi İranın atom bombası düzəltmək ardınca olmaması ilə əlaqədar İslam İnqilabının Böyük Rəhbərinin bəyanatlarına toxunaraq əlavə edib: İran xalqına qarşı sanksiyaların gücləndirilməsində ABŞ və avropalıların məqsədi budur ki, İran quruluşu islam quruluşu olmasın. Lakin bu yolda məğlubiyyətə uğrayıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu