Yüzlərlə amerikalı fəal ABŞ dövlətinin casusluq proqramlarına etiraz olaraq ölkənin 20-dən artıq iri şəhərində aksiya təşkil edib.
Yüzlərlə amerikalı bazar günü ABŞ-ın təhlükəsizlik xidmətinin ölkə vətəndaşlarına qarşı elektron casusluğuna etiraz olaraq, ölkə səviyyəsində aksiyalar təşkil edib.
Bu etiraz aksiyaları ABŞ Konstitusiyasının 4-cü bəndinin bərpası şüarı ilə təşkil edilib.
ABŞ Konstitusiyasının 4-cü bəndinə əsasən Amerika vətəndaşlarına qarşı məntiqdən uzaq casusluq fəaliyyətlərinin həyata keçirilməsi, onların şəxsi əmlakı ilə bağlı sənədlərin araşdırılması və onlara qarşı casusluğun həyata keçirilməsi qadağan edilir.