Dünən axşam Bağdadda axşam namazı vaxtı bomba quraşdırılmış bir neçə avtomobil partladılıb.
İraq polisi və tibb mənbələri Bağdadda ticarət mərkəzləri və şəhər bazarında törədilən zəncirvarı partlayışlarda 35 nəfərin həyatını itirdiyini və 90 nəfərin yaralandığını bildirirlər.
Bomba quraşdırılmış 6 avtomobil çərşənbə axşamı Bağdadın şimal hissəsində habelə, şəhərin cənub və şərqində yerləşən məhəllələrdə partladılıb.
Bir terrorçu da Hüseyniyə məntəqəsində bir əzadarlıq mərasimində üzərindəki partlayıcı qurğunu işə salaraq, bir qurup insanın ölməsi və yaralanmasına səbəb olub. Son