AfrikaXƏBƏRLƏR

Əl-Əzhərdən Misir böhranı üçün yeni layihə

Misirli siyasi ekspert ölkədəki siyasi böhranın davam etməsini düşmənlərin mənafeyini təmin edən amil adlandıraraq, əl-Əzhər tərəfindən Misir böhranı üçün həll yolunun təqdim edildiyini bildirib.

Misirdə fəaliyyət göstərən “Həqiqət” siyasi və strateji araşdırmalar mərkəzinin sədri Emil Əmin əl-Aləm kanalı ilə müsahibədə Müsəlman Qardaşlarını müvəqqəti hökumət və ordunu özü ilə qarşıdurmaya təhrik etməkdə ittiham edərək, məzhəbi və dünyəviçi qruplar arasındakı qarşıdurmanı böhranın həllinə mane olan amil adlandırıb.
O əlavə edib: Misir böhranının davam etməsi bu ölkəni və regionu heç bir tərəfin xeyrinə olmayan mənfi nəticələrə sürükləyəcək və nəticə etibarilə düşmənləri maraqlarını təmin etmiş olacaq.
Emil Əmin əlavə edib: Əl-Əzhər Misir böhranının həlli ilə bağlı öz təklifini bu gün açıqlayacaq. Baxmayaraq ki, Müsəlman Qardaşları vasitəçilikdən imtina edir, lakin, bir çox mühüm partiya və siyasi qrup əl-Əzhərin vasitəçiliyini qəbul edib.
“Həqiqət” siyasi və strateji araşdırmalar mərkəzinin direktoru sonda deyib: Mühüm olan budur ki, Müsəlman Qardaşları öz mövqelərinə təkid edirlər və belə nəzərə gəlir ki, hökuməti və ordunu kobudluq və zorakılığa təhrik etməyə çalışırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu