DünyaİranXƏBƏRLƏR

5+1 Qrupu İranın nüvə işi üçün diplomatik həll yoluna təkid etdi

5+1 Qrupunun üzvləri olan Amerika, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya çərşənbə axşamı müştərək bir bəyanat yayaraq, İranın nüvə proqramı üçün diplomatik həll yolunun tapılmasını himayə etdiklərini bildiriblər.
Bu bəyanatda Almatı iclasına işarə edilib və müzakirələrin davamı üçün qarşılıqlı olaraq addım-addım layihəsinə diqqət göstərəcəklərini bildiriblər.
5+1 Qrupu həmçinin xatırladıb ki, keçirilməsi nəzərdə tutulan iclaslar İranın nüvə proqramlarının dinc məqsədlər üçün olduğu barədə beynəlxalq etimadın bərpa edilməsidir. İran dəfələrlə bildirib ki, nüvə proqramı sülhsevər və dinc məqsədlər üçündür və bütün fəaliyyətlər MAQATE-nin müfəttişləri və kameraları ilə nəzarət olunur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu