Bir bəhreynli fəal cümə günü təhlükəsizlik qüvvələrinin etirazçı məhbuslara hücumu zamanı 40 məhbusun yaralandığını bildirib.
Məhbuslar saxlanma şəraitlərinə etiraz olaraq, qiyam ediblər. Təhlükəsizlik qüvvələri isə onlara hücum edərək, dəyənək, bibər qazı, səs bobmaları və gözyaşardıcı qazlardan istifadə ediblər.
Bəhreynin Daxili İşlər Nazirliyi bildirib ki, bir qrup məhbus qiyam edib. Amma, təhlükəsizlik qüvvələri zindanda nizam-intizamı yenidən bərpa ediblər.
Bu nazirlik öz internet səhifəsində yerləşdirdiyi bəyanatda yazıb: Onlar qapıları sındırmağa çalışıblar. Polis müdaxilə edib və nizam-intizam bəpra edilib.
Bəhreynin İnsan Haqları Mərkəzindən Seyid əl-Mühafizə bildirib ki, zindandan onunla saxlanan telefon əlaqəsində əsasən terrorçuluq ittihamı ilə saxlanılan 100-ə yaxın məhbusun yaxınları ilə görüşün qadağan edilməsinə və digər problemlərə etiraz etdikləri bildirilib.
ABŞ-ın 5-ci hərbi dəniz donanmasının yerləşdiyi bu kiçik ölkə 2011-ci ilin fevralından şiə əhalinin hakim rejimə qarşı qiyamının şahididir. Bəhreyn rəsmiləri şiələrin qiyamını yatırdıblar. Amma, hökumət ilə müxaliflər arasında aparılan danışıqların nəticəsiz olmasını nəzərə alaraq, etirazlar hələ də davam edir. Belə ki, hazırda Bəhreyn şiə İran ilə sünni Ərəbistan arasında rəqabət meydanına çevrilib.
