Misirdə bundan öncə prezident Məhəmməd Mursiyə qarşı etiraz olaraq 22 milyon imza toplamış “İtaətsizlik” hərəkatı bu dəfə ölkə xalqının Amerikanın yardımları və Kemp Deyvid anlaşması ilə bağlı nəzərini sınağa çəkir.
İtaətsizlik hərəkatı ABŞ-ın Misirdə cərəyan edən hazırkı olaylara müdaxiləsinə reaksiya olaraq, bu ölkə xalqından istəyib ki, ABŞ-ın Misirə olan maliyyə yardımları və Kemp Deyvid anlaşması əleyhinə imzatoplama kampaniyasında iştirak etsin.
İmzatoplama kampaniyasında imzalanmaq üçün hazırlanmış tumar 2 seçimə malikdir: Amerikadan hansısa yardımın alınması ilə müxalifət və Misir və İsrail rejimi arasında imzalanmış Kemp Deyvid sülh müqaviləsi ilə müxalifət. Habelə, təhlükəsizlik anlaşmalarına ölkə sərhədlərinə nəzarəti təmin edə biləcək formada dəyişikliklərin edilməsi imzalanacaq tumarda irəli sürülən tələblərdəndir.
İmzatoplama kampaniyası Misirin İtaətsizlik hərəkatının informasiya bazası tərəfindən həyata keçirilir.