İranXƏBƏRLƏR

Ruhani: Xarici siyasət sahəsində aqilanə, dəqiq və məntiqli hərəkət etmək lazımdır

İranın yeni prezidenti İranın xarici siyasətində hər cür xətadan çəkinmə və bu çərçivədə diqqət, ağıl və məntiqin işlədilməsini vurğulayıb.

Həsən Ruhani bu gün Tehranda İranın keçmiş və indiki xarici işlər nazirlərinin sağollaşma və təqdimat mərasimində vurğulayıb ki, İran xalqının maraqlarının izlənilməsində azacıq da olmuş-olsa belə, qəflətə qapılmaq olmaz. O, deyib: Xarici siyasət şer və şüar yeri deyil və aqilanə, dəqiq və məntiqli hərəkət etmək lazımdır.
Ruhani bildirib ki, xarici siyasətdə hər cür xəta İranın maraqlarının zərərinədir. O, əlavə edib: Xarici siyasət bir yer deyildir ki, diqqət etmədən bir kəs söz danışa, mövqe tuta və ya xarici tərəf qarşısında bir söz söyləyə bilsin.
İran İslam Respublikası prezidenti vurğulayıb: İranın xarici işlər üzrə məsul şəxsləri İran xalqının haqqı və hüquqlarının əmanətçisidirlər, buna görə də əgər öz mövqelərində səhvə yol vermiş olarlarsa, xalqa cavab verməlidirlər.
Ruhani İranda heç kəsin hüquqi adının qeyri-şərtli olmadığını vurğulayaraq, söyləyib: Bütün adlar İranın Əsas Qanunu çərçivəsində və milli məsləhət, maraqlar və qanuna riayətlə şərtlənir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu