SuriyaXƏBƏRLƏR

Suriya didərginlərinin axını ilə İraq Kürdüstanında fövqəladə vəziyyət yaranıb

Suriya kürdlərinin təkfiri yaraqlıların əlindən qaçmaq üçün İraqın Kürdüstan məntəqəsinə hücum etmələri ilə bu məntəqə fövqəladə vəziyyət ilə üzləşibdir.

Bu məlumata əsasən, Suriyanın kürd didərginlərinin böyük bir qrupu cümə axşamı günü- avqustun 15-dən İraq Kürdüstanına daxil olubdur.
Son zamanlar da İraq Kürdüstanının mərkəzi sayılan Ərbil şəhərinin yaxınlığında mühacirlər üçün fövqəladə bir düşərgə salınıbdır.
Birləşmiş Millətlər Təşkilatının mühacirlərin məsələləri üzrə baş komissarının bölgələr üzrə müdir müavini- Havri Abdullah deyib ki, düşərgəyə fövqəladə vəziyyət hakim kəsilibdir. O, dünya ictimaiyyətinin məsələyə müdaxiləsini istəyib.
Suriyada Əl-Qaidə qrupunun tabeliyində olan yaraqlılar cümə günündən bəri bu ölkənin şimalı və şimal-şərqində yerləşən kürdlər yaşayan məntəqələrin geniş hissələrinə qarşı hücuma başlayıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu