İran İslam Respublikasının xarici işlər naziri və BMT baş katibi regional və beynəlxalq, xüsusilə də Misirin hazırkı vəziyyəti barəsində məsləhətləşmə aparıblar.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT baş katibi Ban Ki Munla telefon danışığında Misirin hazırkı böhranından xilas yollarını araşdıraraq deyib: Misirin müdafiəsiz xalqını kütləvi qırğın etmək pislənilmişdir və bu ölkədə kobudluq və qanların axıdılması dərhal dayandırılmalıdır.
Misirin vəziyyətindən nigaranlığını bildirən Zərif bu ölkənin şəraitini təhlükəli və faciəli adlandırıb və əlavə edib: Misirdə gərginliklərin həddindən artıq artmasının qarşısını almaq üçün beynəlxalq səylərin təmərküzləşməsi və bu ölkədə böhrana son qoymağa kömək etmək üçün dinc yolların tapılması zəruridir.
BMT baş katibi Ban Ki Mun da bu telefon danışığında bu təşkilatın Misirdəki böhranı azaltmaq və ona son qoymaq və məsələnin dinc yollarla həllini tapmağa kömək üçün bu təşkilatın səylərini açıqlayıb.