İran İslam İnqilabının böyük rəhbərinin müşaviri Associated Press-ə verdiyi müsahibədə İranda Həsən Ruhaninin hakimiyyətə gəlməsini qərbin nə dərəcədə dediklərinə sadiq olmasını müəyyənləşdirmək üçün fürsət olduğunu bildirərək deyib: qərblilər bu fürsətdən istifadə etməlidirlər.
Əliəkbər Vilayəti H.Ruhaninin İranda hakimiyyətə gəlməsini “qərb dövlətləri üçün sədaqət yoxlaması ” adlandırıb və onlara yaranmış fürsətdən İranla nüvə razılaşmasının əldə olunması üçün istifadə etmələrini tövsiyə edib.
İİR rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri əslində qərbin İranla razılığa gəlməli olduğunu bildirərək deyib: İranda bu səylərə fərqli ədəbiyyatla cavab verməyə hazırdır.
Vilayəti Amerika ilə birbaşa müzakirə ehtimalı barədə isə deyib: onların rəftarı indiki kimi olacağı təqdirdə, heç nə baş verməyəcək. Onlar öz mövqelərindən geri çəkilməlidirlər. Onlar hələ də super güc olduqlarını düşünürlər.
Əliəkbər Vilayəti İranın növbəti dəfə uranın zənginləşdirilməsi prosesini dayandırması ehtimalı barə də verilə suala cavabda belə bir ehtimalı rədd edərək deyib: İran etimad yaratmaq üçün belə bir təşəbbüs həyata keçirmək təcrübəsindən müsbət nəticə almayıb.
