
Böyük Rəhbər: Düşmənlərin çaşbaşlığı İran xalqının yüksək inkişafının göstəricisidir
İslam İnqilabının Böyük Rəhbəri İslam Respublikası düşmənlərinin çaşbaşlığı, əsəbiliyi və sərtliyini elm və texnologiya sahəsində İran xalqının yüksək inkişafının göstəricisi adlandırıblar.
Həzrət Ayətullahülüzma Xamenei bu gün Xobrəqan Ekspertlər Məclisinin sədri Ayətullah Məhəmmədrza Məhdəvi Kəni və bu məclisin digər üzvləri ilə görüşüblər.
İranın sülhməramlı nüvə fəaliyyətlərini əngəlləmək və İran xalqını qərbin ekspansionistliyi qarşısında təslim olması üçün onların sanksiya və təzyiqinə toxunan Böyük Rəhbər xatırladıblar: Sanksiyanın ölkənin gənc mütəxəssislərinin öz bilik və bacarıqlarına söykənməklə nüvə texnologiyasını əldə etməsinə səbəb olduğu kimi, digər hallarda da təzyiqlərdən ölkənin mənafeyi istiqamətində istifadə etmək olar.
İslam İnqilabının Böyük Rəhbəri bəzi məhsulların idxalının qadağan olunmasını İranın xeyrinə adlandıraraq bildiriblər: Sanksiyaların nəticəsi özünəinam və özünə güvəndir.
Xalqı İslam Respublikası quruluşu qarşısında qoymağı sanksiyaların əsas məqsədi adlandıran Böyük Rəhbər əlavə ediblər: Qərblilər ümid edirdilər ki, xalqa təzyiq göstərməklə onları quruluşun qarşısında qoysunlar. Lakin builki 22 bəhməndə baş verən hadisə onların istəklərinin əksinə idi.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin İranla “altılıq” qrupu arasında Qazaxıstanın Almatı şəhərində keçirilən son müzakirələrə toxunub və deyiblər: Bu görüşdə qərblilər önəmli bir iş görmədilər ki, bu, imtiyazın verilməsi kimi əsaslandırılsın. Onlar İran xalqının haqqının yalnız kiçik bir hissəsini etiraf etdilər.
Avropa ölkələri və Amerikada iqtisadi böhranlara toxunan Böyük Rəhbər buyurublar: Qərblilər öz iqtisadi problemlərindən əlavə İrana qarşı sanksiyadan qaynaqlanan bəzi problemlərlə də üzləşiblər. Onların öz problemlərini həll edə bilmədikləri halda, İranın öz iqtisadi problemləri üçün həll yolu vardır.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin İslam Respublikasında seçkiləri dünyada ən yaxşı, azad və standart seçkilərdən adlandırıb və bildiriblər: Seçkilərdə namizədlərin səlahiyyətlərinin araşdırılmasında məqsəd lazımi şəraitə malik və xalqın maraq və rəğbətinə uyğun şəxslərin seçkilərdə namizədliyinin elan olunmasıdır. Elə şəxslər seçkilərdə namizədlik üçün seçilməlidirlər ki, prezident vəzifəsi üçün lazımi səlahiyyətlərə malik olsunlar.