AzərbaycanXƏBƏRLƏR

Nizami Gəncəvinin şerlərinin fars kitabələrinin onun məqbərəsindən götürülməsinə etirazlar davam edir

İran İslam Respublikası İslam Şurası Məclisinin İqtisadiyyat Komissiyasının rəyasət heyətinin üzvü Azərbaycan Respublikası hökumətinin Nizami Gəncəvinin şerlərinin fars kitabələrinin onun məqbərəsindən yığışdırılmasını tənqid edərək, deyib: Azərbaycan Respublikası düşmənin dəyirmanına su tökməməlidir.

İbrahim Niku “Məclis Nyus” xəbər agentliyinin müxbiri ilə müsahibədə əlavə edib: Azərbaycan Respublikasının İranın mədəni irsi ilə pis rəftar etməsi bir növ siyasi əxlaqsızlıq sayılır və bu ölkə İran ilə münasibətlərini yenidən nəzərdən keçirməlidir.
İbrahim Niku Azərbaycan Respublikası hökumətinin düşmənin dəyirmanına su tökdüyünü deyərək, əlavə edib: Zəngin İran və İslam mədəniyyətinə heç bir ölkə zərbə vura bilməz və Azərbaycan dövləti bu kimi düşmənçilik hərəkətləri ilə yalnız aid olduğu sivilizasiyanı inkar etmiş olur.
O, Qərbin Yaxın Şərq ölkələrini təhrik etməklə regionda mədəniyyət müharibəsinə nail olmaq istədiyini deyərək, vurğulayıb: Yaxın Şərq ölkələri arasında birlik və vəhdət Qərbin xoşuna gəlmir. Buna görə də bu həssas məntəqədə yerləşən ölkələr Qərbin fitnələri qarşısında ayıq və həssas olmalıdırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu