Sionist rejim hərbçiləri İordan çayının qərb sahillərində yerləşən Cənin və Nablos şəhərlərinə yenidən basqın ediblər.
Sionist rejim hərbçiləri çərşənbə axşamı günü səhər İordan çayının qərb sahillərində Cənin şəhərinə hücum ediblər və fələstinlilərlə toqquşublar. Nəticədə 5 nəfər yaralanıb.
Digər tərəfdən sionist hərbçilər bu rejimin hərbi avtomobilləri ilə Nablos şəhərinə basqın ediblər və fələstinlilərlə toqquşduqdan sonra onlardan 5 nəfəri həbs ediblər.
Sionist rejim hərbçilərinin basqını bu rejimin bazar ertəsi günü İordan çayının qərb sahilində Qələndiya düşərgəsinə hücumundan sonra baş verib ki, həmin hücumda 3 fələstinli şəhid olub, təxminən 15 fələstinli də yaralanıb.