
İtaliya məhkəməsi cümə axşamı keçmiş baş nazir Silvio Berloskonini ona məxsus qəzetlərdən birində polisin telefon dinləmələri ilə bağlı ifşa edilmiş bir mətni ifşa etməsinə görə bir il həbsə məhkum edib.
Bu arada İtaliya məhkəmələri cari ayda Berloskoni haqda daha iki ittihamla bağlı qərar çıxartmalıdırlar.
S.Berloskoni vergilərdən yayınmaqda və azyaşlı qız uşağı ilə qeyri-qanuni cinsi əlaqədə olmaqda ittiham edilir.
Berloskoniyə məxsus olan “El-Journal” qəzeti 2005-ci ildə polisin telefon dinləmələrindən əldə edilmiş mətləbləri dərc edərək, 2006-ci il seçkiləri ərəfəsində Demokrat Partiyasının liderlərindən birinin etibarına zərbə vurmağa səy göstərmişdi.
Amma, bu hərəkəti ilə qəzeti sirlərin saxlanılması qanunun pozmuş olmuşdu.
Silvio Berloskoninin qardaşı Pavel Berloskoni isə bu qəzetin direktoru olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qəzet tərəfindən dərc edilən ifşa olunmuş məlumatlar Unil Sığorta Şirkətinin BNL bankını almaq üzrə səyləri haqda olub.