
Fransa polisi ölkənin şimalında Am İn Lonor şəhərində “GoodYear” şin zavodunun etiraz aksiyası keçirən yüzlərlə işçisini dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edib.
Şirkətin mərkəzi komitəsinin adı çəkilən sənaye müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı keçirdiyi iclas ilə bir vaxtda bu şirkətdə çalışan yüzlərlə fransız-amerikan işçi şirkətin qarşısında piket keçirib.
“GoodYear” şin zavodu artıq neçə ildir ki, maliyyə böhranından əziyyət çəkir. Şirkətin amerikalı sərmayə sahibləri öz sərmayələrini geri çəkmək istəyirlər.
Avropanın ikinci ən böyük iqtisadiyyatı olan Fransa da ötən illər ərzində iqtisadi böhrandan ağır zərbələr alıb.
