DünyaXƏBƏRLƏR

Deputat Hikmət Atayev yol qəzasında ölüb

Azərbaycan Respublikasında millət vəkili yol qəzasında ölüb. Hadisə Balakən-Gürcüstan sərhəd yolunda qeydə alınıb. Gürcüstandan Balakən istiqamətində hərəkət edən, Milli Məclisin deputatı Hikmət Atayevin idarə etdiyi “VAZ-2106” markalı maşın “VAZ-21015” markalı maşınla toqquşub. Nəticədə H. Atayev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Balakən rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, H. Atayev Gürcüstandan gəlirmiş və avtomobildə onunla bir yerdə oğlu da olub. Lakin qəzada millət vəkilinin oğlu elə ciddi xəsarət almayıb.

Qeyd edək ki, Hikmət Atayev 1953-cü ildə Zaqatala şəhərində anadan olub. O, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 2005 – 2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olub. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub./APA

vaz

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu