Almaniyanın xarici işlər naziri ölkəsinin Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak ehtimalını rədd edib.
Gido Vestervele cümə günü deyib: Almaniya hökuməti Suriyaya hücum koalisiyasında iştirak etməyəcək.
G.Vestervele həmçinin deyib: İndiyə kimi Almaniya hökumətinə bu əməliyyatda iştirakla bağlı istək daxil olmayıb və Almaniya hökuməti özü də bu hücumda iştirakla bağlı hansısa proqrama malik deyil.