ABŞ mediaları xəbər veriblər ki, çərşənbə günü səhər Texas ştatındakı bir orta məktəbdə məktəblilər arasında baş vermiş dava zamanı on yeddi yaşlı bir yeniyetmə bıçaq zərbəsi ilə öldürülüb, üç nəfər də yaralanıbdır.
Dava Hyuston məntəqəsindəki Spring orta məktəbində baş verib.
Bu davada on altı yaşlı bir yeniyetmə ağır surətdə yaralanıb və vertolyotla şəhərin mərkəzi xəstəxanasına köçürülüb.
Bu yeniyetmənin valideynləri onun sağ qalacağına ümid etmədiklərini bildiriblər.
Başqa iki məktəbli də cüzi bədən xəsarəti alıb və onların biri xəstəxanadan buraxılıbdır.
Şahidlərin biri deyibdir ki, dava yeniyetmələrdən ibarət iki qrup arasında baş verib və ehtimal üzrə rasist bir kökə malikdir. Orta məktəbin başçıları bildiriblər ki, qarşıdakı günlərdə yeni təhlükəsizlik tədbirlərini icraya qoyacaqlar.
Amerikada hər il on minlərlə nəfər odlu və soyuq silahlarla törədilən kobud hadisələrin qurbanı olur.