AzərbaycanXƏBƏRLƏR

Eldəniz Quliyev: Heç bir vəchlə Milli Şuradan ayrılmayacağıq

“El” hərəkatının Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasından ayrılması haqda bəzi şayiələrə rəğmən, bu xəbərlər əsassızdır və biz bu şuranın gücləndirilməsini istəyirik”. Bu sözləri “El” hərəkatının Ali Məclisinin sədri- Eldəniz Quliyev Turan xəbər agentliyinə deyibdir.

O, “El” hərəkatı ilə Milli Şura arasındakı narazılığın səbəbini Milli Şuranın “El” hərəkatına qarşı təzyiqlər qarşısında susması adlandırıb.

Eldəniz Quliyev Milli Şura üzvlərinin Azərbaycan R. Ədliyyə Nazirliyinin əsassız bir bəyanata söykənən “El” hərəkatına qarşı təzyiqləri qarşısında susmalarını əməkdaşlıqla bir araya sığmayan bir hərəkət adlandırıb.

Eldəniz Quliyev bu iki qurum arasındakı digər narazılığı Yeni Müsavat qəzetində dərc olunmuş “Milli Şuranın Rusiya layihəsindən Milli layihəyə dəyişməsi” adlı məqalə adlandırıb və belə deyib: Bu qurum elə əvvəldən milli layihə olubdur və hazırda nəinki müxalif partiyalar, həm də bütün xalq bu layihəni dəstəkləyir.

Eldəniz Quliyev bildirib ki, bu kimi kiçik narazılıqların olmasına rəğmən, “El” hərəkatı heç vaxt Milli Şuradan ayrılmayacaq və çalışacaq ki, bu qurum vahid bir quruma çevrilsin.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu