
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst sionist hərbçilərin cümə günü bir qrupun yaralanması ilə nəticələnən Əl-Əqsa məscidində namaz qılanlara hücumunu kəskin şəkildə pisləyib və regional və beynəlxalq qurumlar, xüsusilə də insan haqlarından istəyib ki, sionistlərin islam müqəddəslərinə qarşı artmaqda olan hörmətsizliyi və təcavüzkar hərəkətlərinə ciddi reaksiya versinlər.
Qüdsü işğal etmiş rejimin xüsusi polis dəstələri fələstinlilərə qarşı yeni cinayətdə, ötən gün cümə fələstinlilərin cümə namazı qıldıqlarından sonra əl-Əqsa məscidinə soxulub, gözyaşardıcı qazlardan istifadə edərək namaz qılanları mühasirə edib və yaralayıblar.
Ərəb Təcili Yardım və Xilas Birliyinin sədri Məhəmməd Qərabəli deyib: Sionist hərbçilərin əl-Əqsa məscidinə hücumunda təxminən 60 nəfər yaralanıb və 15 nəfər də gözyaşardıcı qazlardan istifadə olunduğuna görə huşunu itirib.