İranın xarici işlər naziri nüvə məsələsi barədə 5+1 qrupu ilə müzakirələrin davamı haqda deyib: İranın nüvə işinin dinc mahiyyətli olmasına zəmanət İran İslam Respublikasının nüvə texnologiyasına şəffaf və qanuni surətdə nailolma haqqına diqqət yetirilmədən mümkün deyil.
Məhəmməd Cavad Zərif “Qərb, xüsusən 5+1 qrupu ötən on ildə İranla bağlı “şirni və kötək” siyasətini yeridib və onlar bu gün də bu qənaətdədirlər ki, etimad yaratmaq sahəsində birinci addımı İran atmalıdır” sualının cavabında deyib: Onlar bu on ildə səhv bir siyasətə malik olublar və bu siyasətlə nəticə əldə etməyiblər və zəruridir ki, bu siyasət yenidən nəzərdən keçirilsin və lazımdır ki, uduzma-uduzma oyununu dəyişsinlər.
