BMT baş katibinin humanitar və fövqəladə yardım məsələləri üzrə müavini ilə İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini arasında anlaşma sənədinin imzalanması ilə İranda rəsmən BMT-nin Humanitar Yardımlar Ofisi yaradılıb.
Bu memorandum bazar günü Tehranda İran xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini- Seyid Abbas İraqçı ilə BMT baş katibinin müavini- xanım Valeriya Amos arasında imzalanıb.
Bu anlaşma sənədinin imzalanmasından sonra verilən birgə bəyanatda deyilir: İran İslam Respublikasının regionda təbii fəlakətlərlə mübarizə və BMT-nin Humanitar Məsələlər Ofisi ilə əməkdaşlıq sahəsindəki böyük roluna əsasən, iki tərəf razılaşıbdır ki, təbii fəlakətlərlə mübarizə sahəsində ikitərəfli həmkarlığı strateji danışıqlar və təsirli əməkdaşlıq yolu ilə genişləndirsin.