Həzrət Samn əl-Hücəc Əli İbn Musa əl-Rzanın (ə) səadətli miladının ildönümü ərəfəsində zərihin örtüyü və hərəmin günbəzinin bayrağı dəyişdirilib.
Həzrət İmam Rzanın (ə) pak hərəminin günbəzinin bayrağı və zərihinin örtüyü mövludlar və şəhadətlərlə yanaşı dəyişdirilir. Əza və şəhadət münasibəti ilə bayraqlar qara və milad və bayramlar münasibətləri isə yaşıl rəngdədir.
Hər il İmam Rzanın (ə) pak hərəminin günbəzinin bayrağı rəsmi şəkildə və xüsusi mərasimlə dəyişdirilir. Bir dəfə İmam Rzanın (ə) viladətinin ildönümü günü yaşıl rəngdə, bir dəfə isə, Məhərrəm ayının əvvəlində 63 gün müddətinə Həzrət Əba Əbdüllah əl-Hüseyn (ə) əzadarlığının simvolu olaraq qara rəngdə olur. Digər günlərdə, o cümlədən pak Əhli-Beytin (ə) şəhadəti və vəfatı günlərində bu bayraq xüsusi mərasim olmadan dəyişdirilir.
Sabah 11 zil-qədə dünya şiələrinin 8-ci imamı Həzrət Əli İbn Musa əl-Rzanın (ə) viladətinin ildönümü günüdür.
