İranXƏBƏRLƏR

M.C.Zərif: İraq, İran İslam Respublikası üçün xüsusi əhəmiyyətə malikdir

İranın xarici işlər naziri, vəzifəsinə gəldikdən sonra özünün ilk səfərini İraqa təşkil etməsini İran İslam Respublikası üçün region xüsusilə İraqın böyük əhəmiyyət malik olmasının göstəricisi habelə özünün xarici işlər nazirliyi vəzifəsini İraqda olan əziz imamların pak məqbərələrini ziyarət etməklə mütəbərrik etməsinə görə olduğunu bildirib.

Məhəmməd Cavad Zərif Tehranda İraq prezidentinin keçmiş müavini və bu ölkənin Yüksək İslami Məclisinin sədrlərindən olan Adil Əbdülməhdi ilə görüşdə həmçinin region xüsusilə Suriyanın təhlükəli vəziyyətinə də işarə edib.

” Suriyaya qarşı müharibənin qarşısını almaqla regiondakı ifratçıların və təkfirilərin tərəfdarları nakam qaldılar” –deyə İranın xarici işlər naziri qeyd edib.

Bu görüşdə Adil Əbdülməhdi də deyib: İran İslam Respublikası hazırda tam güclü regional və beynəlxalq ölkəyə çevrilib və İran əsas aktyor kimi nəzərə alınmadan , regionda heç bir layihə müvəffəq olmayacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu