Amerikalı rejissorun İslam Peyğəmbərinə hörmətsizlik etməsinin ildönümündə Amerikada yaşayan müsəlmanlar “Məhəmməd(s.ə.s) Kimdir?” kitabını ingilis dilində çap edərək, ölkə səviyyəsində yayımlayıblar.
Ötən il amerikalı rejissor Nakula Basli Nakulanın “Müsəlmanların Məsumiyyəti” adlı film ilə İslam Peyğəmbərinə hörmətsizlik etməsi və bunun ardınca Fransada çıxan Şarli Hebdo həftəliyində onun tərəfindən təhqiramiz karikaturaların dərc olunması dünya müsəlmanlarının qəzəbinə səbəb olmuşdu.
Ayətullah Cəfər Sübhaninin “Fruğe Əbədiyyət” kitabının ingilis dilinə tərcüməsi olan “Məhəmməd(s.ə.s) Kimdir” kitabı İslam Peyğəmbərinin həyat tərzi və əxlaqi səciyyələri barəsindədir.
İranın BMT-dəki nümayəndəliyinin mədəniyyət attaşesi Möhsün İslami bu addımı ötən il amerikalı rejissor tərəfindən İslam Peyğəmbərinə edilən hörmətsizliyə cavab olaraq atılmış bir addım adlandırıb və deyib: Bu işdə məqsəd ABŞ xalqının Həzrət Məhəmməd(s.ə.s) kimliyi ilə tanış olması və müsəlmanların dialoq əhli olduğunu dərk etməsidir.