AvropaXƏBƏRLƏR

Avropadan Ali-Xəlifə rejiminin cinayətlərinə misilsiz reaksiya

Avropa Parlamenti 4-cü bəyanatında Ali-Xəlifə rejimi etirazçıları öldürməkdə ittiham edərək, Bəhreyndə yol verilən cinayətlərdə məsuliyyət daşıyan tərəflərin mühakimə edilməsini istəyib.

Əl-Aləm kanalının məlumatına görə, Avropa Parlamentinin Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı qiyamının ardınca bu ölkə ilə əlaqədar qəbul etdiyi 4-cü qətnaməsi, öncəki qətnamələrin əksinə olaraq, səs çoxluğu ilə təsdiq edilib. Və elə buna görə də daha çox əhəmiyyətə malikdir.

Bu bəyanatın qəbul edilməsi əslində siyasi bir müharibə sayılır. Belə ki, sağçı mühafizəkarlar fraksiyası nə qədər çalışsa da Ali-Xəlifə rejiminin cinayətlərini ört-basdır edə bilməyib.

Avropa Parlamentində Mühafizəkarlar Fraksiyasının nümayəndəsi Şarl Tanuk çərşənbə axşamı əl-Aləm kanalının müxbirinə deyib: Bəhreyn rejimi böyük səhvlərə yol verib və ötən iki ildə etiraz aksiyalarına polis nəzarəti ilə bağlı tamamilə yalan hesabatlar təqdim edib.

O sonra deyib: Bəhreyn hökuməti bu ölkədə həyata keçirilmiş cinayətlərdə tam şəkildə məsuliyyət daşıyır və bu hökumət dərhal bu cinayətlərdə məsuliyyət daşıyan amilləri mühakimə etməlidir.
Bəhreyndə İnsan Haqlarının pozulması hallarına dəqiq və geniş formada yer ayıran Avropa Parlamentinin bəyanatında Bəhreyndə bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz olaraq azad edilməsi, repressiv hərəkətlər və məhkəmə qanunlarının pozulması hallarının dərhal dayandırılması, demokratik islahatların icra edilməsi və milli barışığın reallaşması uğrunda bütün qrupların iştirakı ilə ciddi və ətraflı danışıqların həyata keçirilməsini istəyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu