İşğalçı sionist rejim qüvvələri Əl-Əqsa Məscidinin həyətinə hücum edərək, məscid daxilində olan namaz qılanlardan bir qrupunu həbs etdilər.
İşğalçı sionist hərbçilər həmçinin Əl-Əqsa məscidi daxilində ifratçı yəhudilərin hücumlarının qarşısını almaq üçün oturaq aksiyası keçirən bir qrup fələstinlini həbs ediblər.
Sionist rejim hərbçiləri həmçinin Əl-Əqsa məscidinin qapılarına poladdan olan qapılar quraşdıraraq, fələstinlilərin bu məscidə daxil olmalarının qarşısını alıblar.
Sionist rejim son zamanlar İordan Çayının Qərb Sahilində özünün fələstinlilərə qarşı hücumlarını artırıbdır. İndiyə qədər sionistlərin İordan Çayının Qərb Sahilində yerləşən fələstinli didərginlər düşərgələrinə hücumları zamanı bir neçə fələstinli şəhid olub.