Fələstin İnsan Haqları Mərkəzinin məlumatına görə , 200 nəfərdən çox Fələstinli uşaq və yeniyetmə , Sionist Rejim zindanlarında məhbusdurlar.
Ələhrar İnsan Haqları Mərkəzinin başçısı Fuad Əl- Xuffaş bir mətbuat bəyanatı yayaraq, Sionistlərin ,Fələstinli uşaqları qeyri qanuni həbs edib , onlara qarşı hökm çıxarmalarını pisləyərək təxminən 210 Fələstinli uşaq və yeniyetmənin, Sionist Rejim həbsxanalarında olduğuna işarə ilə beynəlxalq təşkilatlar və BMT- nin Təhlükəsizlik Şurasından istəyib ki özlərinin əxlaqi və qanuni vəzifələrini yerinə yetirsinlər.
Əl- Xuffaş , son vaxtlar bir Fələstinli ailədən ,2 yeniyetmənin, 18 ay həbs olmalarına işarə edərək, beynəlxalq və Fələstin Özünü İdarə Təşkilatlarını, Fələstinli uşaqlar və yeniyetmələri himayə etmədiklərinə görə tənqid edib.