İraq paytaxtı Bağdad şəhərinin yaxınlığında yerləşən Sədr şəhərciyində baş verən terror aktları nəticəsində həlak olanların sayı 65 nəfərə çatıb.
Röytersin İraq polisi və xəstəxana mənbələrinə istinadən verdiyi məlumata əsasən, ötən gün (şənbə 31 sentyabr) İraqın paytaxtı Bağdadın yaxınlığında yerləşən şiə sakinli Sədr şəhərciyində bir matəm mərasimində baş verən 3 partlayış 65 nəfərin həyatına son qoyub.
Polisin məlumatına əsasən, içərisində bomba quraşdırılmış iki avtomobil biri birinin ardınca partladılıb. Bu iki partlayışın ardınca və polis və təcili yardım qüvvələri və yanğın söndürən qurupların hadisə yerinə göndərilmələrindən sonra, digər bir partlayış da baş verib.
Xəstəxana mənbələri bu hadisə nəticəsində yaralananların sayının 120 nəfərdən artıq olduğunu bildiriblər.
Öncə İraq mənbələri hadisənin nəticəsində ölənlərin 50 nəfər olduğunu bildirmişlər.
İraq polisi həmçinin bildirib ki, Bağdadın şimalındakı şiə sakinli Ovr məntəqəsindəki izdihamlı bir küçədə ayrıca baş vermiş hücumda da 8 nəfər həlak olub.
İraq təhlükəsizlik və tibbi mənbələrinin bildirdiklərinə əsasən, 2013-cü ilin dünənki tarixinədək bu ölkədə baş verən kobuqluqların qrubanlarının sayı 4200 nəfəri ötüb keçib.
İraq rəsmiləri və şəxsiyyətlərinin fikrincə, ölkənin müxtəlif məntəqələrində baş verən partlayışların kəskinləşməsi Ərəbistan başda olmaqla bəzi xarici ölkələrin kəşfiyyat qüvvələri tərəfindən Nuri Maliki hökumətinə qarşı zərbə vurmaq istiqamətində baş tutur.