İranda İraqın bu ölkəyə qarşı qəbul etdirdiyi 8 illik müharibəsinin başlanması günləri olan Müqəddəs Müdafiə həftəsinin ilk günündə İran İslam Respublikasının Silahlı Qüvvələrinin əzəmətli hərbi paradı keçirildi.
Müqəddəs Müdafiə həftəsinin başlanması münasibəti ilə İranın Silahlı Qüvvələrinin əzəmətli hərbi paradı zamanı İran İslam Respublikası Ordusunun Xatəmül-Ənbiya(s.ə.s) Havadan Müdafiə Qərargahının yerli mütəxəssislərin istehsal etdiyi yeni ən modern nailiyyətləri nümayiş etdirildi.
20 gün öncə təqdimat mərasimi keçirilmiş Taktiki Troposketer ən modern hərbi kommunikasiya sistemi İran İslam Respublikası Ordusunun yerli mütəxəssisləri tərəfindən istehsal edilən ən yeni nailiyyətlərdəndir ki, bu gün səhər Tehranda İranın Silahlı Qüvvələrinin hərbi paradı zamanı nümayiş etdirildi.
Çiyində atılma qabiliyyətli və tam şəkildə iranlı mütəxəssislərin istehsal etdiyi və daha çox aşağı yüksəklikdəki hədəflərlə toqquşma üçün dizayn edilən Misaq-2 sistemi də Müqəddəs Müdafiə Həftəsi münasibəti ilə keçirilən hərbi parad zamanı nümayiş etdirilən təchizatlardan olub.
Nebu Taktiki Lokator sistemləri, Kasta sistemi, Mətləül-Fəcr yerli lokator sistemi, Milli Lokator, Şəhab adlı Qalaktika Lokatoru, Samen radarı, modernləşdirilmiş Sky-Guard Lokatoru, S-200 tipli yüksək irtifalı raket sistemi, iranlı mütəxəssislərin istehsal etdiyi Şahin raketi ilə təchiz edilən Mersad sistemi, Haq adlı hərəkətləndirilmiş sistem və orta yüksəkliklərdəki hədəfləri məhv edən Ya Zəhra(s) adlı raket sistemi İran Ordusunun Xatəmül-Ənbiya(s.ə.s) Havadan Müdafiə Qərargahının nümayiş etdirdiyi digər təchizatlarından olub.