DünyaXƏBƏRLƏR

İranın Qırmızı Aypara Cəmiyyəti Pakistanda zəlzələdən zərərçəkənlərə yardım göndərməyə öz hazırlığını bildirib

İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti Pakistanda zəlzələdən zərərçəkənlərə humanitar yardımların göndərilməsi üçün öz hazırlığını bildirib.

Pakistanın cənubu və cənub-qərbində zəlzələnin baş verməsinin ardınca İranın Qırmızı Aypara Cəmiyyətinin sədri- Məhəmməd Fərhadi Pakistanın Qırmızı Aypara Cəmiyyətinin sədri- Məhəmməd Nəvazxana ünvanladığı bir müraciətdə İranın Qırmızı Aypara Cəmiyyətinin Pakistanda zəlzələdən zərərçəkənlərə humanitar yardımların göndərilməsi üçün hazırlığı, həmdərdliyi və başsağlığını bildirib.
Yeraltı dalğalar miqyası sayılan Rixter şkalası ilə yeddi tam onda yeddi bal gücündə yeraltı təkanlar Pakistanın cənubu və cənub-qərbini titrədibdir.
Bu zəlzələ nəticəsində indiyədək azı yüz əlli nəfər həlak olub və onlarla nəfər yaralanıbdır ki, yaralılardan bəzilərinin vəziyyəti ağır elan olunubdur.
Bu zəlzələnin gücünün yuxarı olmasına görə, həlak olanların sayı arta bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu