İraqlı millət vəkili terrorçu münafiqlər qruplaşmasının qalan ünsürlərinin də İraqdan qovulmasını istəyib.
İraq parlamentinin üzvü Rəyaz Qərib deyib: İraq ərazilərini terrorçu münafiqlər qruplaşmasından təmizləməyin vaxtı artıq gəlib çatıbdır və İraq hökumətinin bu qruplaşmanın qalan ünsürlərinin də ölkədən çıxarılmasına dair qərarı qətidir.
Rəyaz Qərib deyib: münafiqlər qruplaşmasının üzvlərinin İraqda fəaliyyəti Sədam rejiminin qara günlərini canlandırır və bu terrorçu qruplaşmanın fəaliyyətinin davam etməsi İraq təhlükəsizliyi və sabitliyinə ciddi ziyandır.
İraq dövləti ilə BMT arasında əldə olunmuş razılaşmaya əsasən terrorçu münafiqlər qruplaşmasının 3000 üzvü Bağdadın yaxınlığında yerləşən Liberti düşərgəsinə köçürüldükdən sonra yaxın zamanda bu ölkədən çıxarılacaq, lakin bu qruplaşmanın terrorçu keçmişini nəzərə alaraq hətta onun himayədarı olan qərb dövlətləri belə onları qəbul etməyə hazır deyillər.
