İranXƏBƏRLƏR

Laricani: İran növbəti Cenevrə müzakirələrində ciddi iştirak edəcək

İran İslam Şurası Məclisinin sədri Tehranın Cenevrədə 5+1 qrupu ilə müzakirələrdə ciddi iştirakından xəbər verib.

Əli Laricani Xorvatiyada İran İslam Respublikasının səfirliyində şam ziyafətində bir neçə gün sonra İranın nüvə müzakirələrinin Cenevrədə başlanacağını bildirərək söyləyib: İran bu müzakirələrdə ciddidir və digər tərəflərin də ciddi olmasını və reallıqları düzgün formada dərk etmələrini istəyir.

“Bu sahədə dəqiq həll yolu əldə etmək olar və bu tur müzakirələrə bədbin olmağın səbəbi yoxdur” deyən Laricaninin sözlərinə görə, regionda mövcud olan bir çox problemlər İran və digər ölkələrin arasında münasib iştirakla həll olunmalıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu