DünyaİraqXƏBƏRLƏR

ABŞ İraqda istifadə edilən zəiflədilmiş uranın mənfi nəticələrini ört-basdır edir

Ümumdünya Səhiyyə Təşkilatı Vaşinqtonun təzyiqlərinə görə, ABŞ-ın İraq müharibəsi zamanı istifadə etdiyi zəiflədilmiş uranın mənfi təsirləri ilə bağlı hesabatını yayımlamaqdan çəkinib.

Amerikalı kinorejissor Su Heris deyib: Amerika İraqa hücum zamanı zəiflədilmiş urandan istifadə edib. Amma, Ümumdünya Səhiyyə Təşkilatı bu xüsusda araşdırmalar apardıqdan sonra, Vaşinqtonun təzyiqləri nəticəsində, araşdırmaların nəticələrini açıqlamaqdan çəkindi.
S.Heris əlavə edib: Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları əsasən ABŞ-ın İraqa hücum etməsindən sonra bu ölkədə anadangəlmə xəstəliklərin və qüsurlu doğum hallarının artmasını əhatə edib.
Amerikalı kinorejissor daha sonra deyib: Müharibənin ilk illərində İraqa ezam olunan bəzi amerikalı hərbçilər, ölkəyə qayıtdıqdan sonra onların üzərində araşdırmalar aparılıb və onların zəiflədilmiş uran şüalanmasına məruz qaldıqları ortaya çıxıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu