Beynəlxalq vəkil bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları bir növ soyqırımıdır.
Press TV-nin məlumatına görə, beynəlxalq vəkil Alfred Lembermont Veber deyib: ABŞ dərman çatışmazlığına görə bir çox iranlı xəstənin həyatının təhlükəyə düşməsinə səbəb olan İrana qarşı sanksiyaları tətbiq etməklə bir növ soyqırımı və bəşəriyyətə qarşı cinayəti törətməkdədir.
Bu beynəlxalq vəkil xatırladıb: Bu sanksiyaların BMT İnsan Haqları bəyanatının standartları və Nürnberq prinsiplərinə ziddir. Bu standartlar bir ölkə uşaqlarının ehtiyaclı olduqları halda dərmanı əldə etməkdən məhrum olduqları bir şəraitdə bəşəriyyətə qarşı cinayəti törətməklə daban-dabana ziddir.
İslam Respublikasının sülhməramlı nüvə fəaliyyətlərinə görə, ABŞ və qərbin İrana qarşı tətbiq etdikləri sanksiyalar xüsusi xəstəliklərdən əziyyət çəkən iranlı xəstələrə daha çox təsir göstərir.
ABŞ-ın birtərəfli sanksiyaları İranın beynəlxalq maliyyə mübadilələrinin qarşısını almaq və bu ölkəyə əsaslı dərman preparatlarının idxalatına zərbə vurmaqla yanaşı daha çox zərbəni xərçəng və hemofil xəstəliklərindən əziyyət çəkən xəstələrə vurur.
