İraqın Sammera şəhərində 14 zəvvar öldürülüb və yaralanıb.
Əl-Meda Press Xəbər Agentliyi İraqın Səlahoddin vilayətinin təhlükəsizlik mənbələrinə istinadən belə məlumat verib: Naməlum silahlı şəxslər bu gün şənbə günü səhər Sammeranın cənubunda Müqəddəs Kərbəla şəhərindən İmamlar Əsgəriyyən(ə)ın pak məqbərəsini ziyarət etməyə gedən zəvvarları daşıyan mikroavtobusa hücum ediblər.
bu hücum zamanı iki zəvvar qətlə yetirilib, 12 zəvvar isə yaralanıb.