DünyaXƏBƏRLƏR

Zilhəccənin 25-i: ” “هل أتى Surəsinin nazil olması günü

Zilhəccə ayının 25-i günü, elə bir gündür ki, ” “هل أتى (Həl-Əta) surəsi bu gündə nazil olub.
Bu surənin nazil olmasının səbəbləri barədə şiə və sünni din alimlərinin bir çoxu belə rəvayət ediblər ki, İmam Həsən(ə) və İmam Hüseyn(ə) xəstələndilər və Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd(s.ə.s) onların görüşünə getdilər. Əziz İslam Peyğəmbəri(s.ə.s), Həzrət Əli(ə)-a buyurdular ki, nə yaxşı olar ki, onların şəfası üçün nəzir edəsin.
Həzrət Əli(ə) və Həzrət Fatimə(ə) və Fizzə onların şəfası üçün üç gün oruc tutmağı nəzir etdilər.
İmam Həsən(ə) və İmam Hüseyn(ə) şəfa tapdıqları zaman, onlar oruc nəzirini yerinə yetirmək üçün-bəzi rəvayətlərə görə İmam Həsən(ə) və İmam Hüseyn(ə) da oruc tutdular-oruc tutdular, elə bir halda ki, qida maddələri baxımından zəhmətdə idilər. iftar zamanı iftar üçün bir qədər çörək hazırlamışdılar ki, bir yoxsul şəxsin yardım istəmə səsini eşitdilər. Həzrət Əli(ə) və Xanım Fatimə(Əleyhasəlam) və Fizzə və İmam Həsən və İmam Hüseyn( Əleyhumasəlam) öz çörəklərini qeyd edilən yoxsul şəxsə verdilər və özləri o gecə sudan başqa bir şey yeyib, içmədilər.
Sabahısı günbatandan sonra iftar zamanı bir yetim uşaq da yardım istədi və bir daha ötən gecəki hadisə təkrar oldu və onlar bir qədər su ilə iftar etdilər.
Üçüncü gün də qürub zamanı bir əsir onların qapılarına gəldi və bu kəramət, böyüklük və fədakarlıq ailəsi özlərinin çörək payından keçdilər və onu əsirə verdilər.
Sabahısı Həzrət Əli(ə) Həsən və Hüseynin əlindən tutdu və Əziz İslam Peyğəmbəri(s.ə.s) xidmətinə getdi. Əziz İslam Peyğəmbəri(s.ə.s) uşaqlara baxdıqda gördü ki, kəskin aclıqdan titrəyirdilər. səbəbini soruşdu və Əli(ə) macəranı söylədi. Həzrət Məhəmməd(s.ə.s) narahat oldular və birlikdə Həzrət Zəhra(s)nın evinə getdilər. belə bir halda Cəbrayıl nazil oldu və Allah-Taala tərəfindən ” “هل أتى (İnsan) surəsini gətirdi. Bu surədə Əhli-Beyt(ə)ın ixlasla dolu olan fədakarlığından əzəmət və böyüklüklə yad edilib.
Bu gün üçün bəzi əməllər zikr edilib:
1- Mərhum Seyid Bin Tavus Şeyx Müfiddən belə nəql edib ki, belə bir gündə müstəhəbdir ki, oruc tutulsun, çünki belə bir gündə Allah-Taala , Allah Rəsulunun Əhli-Beyt(ə)nın fəzilət və üstünlüyünü aşkar etdi.
2- Zilhəccə ayının 25-i gününün axşamı və həmçinin bu gündə Əhli-Beytə tabe olmaq üçün ehsan vermək və yoxsulları qidalandırmaq və sədəqə vermək münasibdir.
3- Münasibdir ki, bu gündə Ziyarət Qüslü etsinlər və Əhli-Beyt(ə) məqbərələrini ziyarət etsinlər, xüsusilə bu gündə Camiə Ziyarətinin oxunması münasibdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu