İranXƏBƏRLƏR

İranın Daxili İşlər Nazirliyi: Səravan hadisəsi tez bir zamanda araşdırılacaq

İranın daxili işlər nazirinin təhlükəsizlik və nizam-intizam məsələləri üzrə müavini deyib: Ən qısa zamanda sərhəd Səravan məntəqəsindəki qanlı toqquşma hadisəsi araşdırılacaq və nəticəsi elan ediləcək.
İranın daxili işləri nazirinin təhlükəsizlik və nizam-intizam məsələləri üzrə müavini Əli Abdullahi İranın Tələbələri Xəbər Agentliyi İSNA ilə müsahibədə deyib: ötən gecə Səravan şəhərinin ətrafında yerləşən Sirkan məntəqəsi sərhəd qüvvələrinin düşmən qruplaşmalarla toqquşması baş verdi ki, əldə edilən məlumata görə bu toqquşma zamanı İranın sərhəd qüvvələrindən bir qrupu şəhid oldu.
İranın daxili işlər nazirinin təhlükəsizlik və nizam-intizam məsələləri üzrə müavininin sözlərinə görə faktlara əsasən hücumçuların sərhədlər tərəfindən İran İslam Respublikası torpağına daxil olması aydındır.
Sistan və Bəluçestan ostandarının siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Rəcəbəli Şeyxzadə də Səravanda şər və düşmən qruplaşmalarla toqquşma zamanı İranın sərhəd qüvvələrinin bir qrupunun şəhid olmasını təsdiq edərək, deyib: vəziyyəti öz hərəkətləri üçün təhlükəli görən hücumçular, toqquşmadan sonra geri oturdular.
Bu hadisədə İranın Sərhəd qüvvələrinin yaralıları haqda dəqiq məlumatın əldə olmadığını bildirən Şeyxzadə sonra deyib: İndiyə qədər hadisənin detalları və qarşı tərəfin tələfatı barədə heç bir məlumat bizim əlimizə çatmayıb.
Məlumatlı mənbələrin bildirdiyinə görə İranın sərhəd qüvvələrinin şər qruplaşmalarla toqquşması zamanı bütövlükdə 17 nəfər şəhid olub, beş nəfər yaralanıb və 4 nəfər də girov götürülüb.
Deyilənlərə görə Ceyş-ül-Ədl adlı bir qaragüruh bu hadisənin məsuliyyətini üzərinə götürüb, amma indiyə qədər heç bir məsul şəxs bu xəbəri təsdiq etməyib.
İranın ən cənub şərqində yerləşən Səravan şəhərinin sərhədləri dağlıq və çətin keçidlərə malik olmasına görə hələ də silahlı şər qüvvələr və düşmən qruplaşmaların gediş-gəliş məkanıdır.
Sistan və Bəluçestan ostanının digər sərhədləri təhlükəsizlik divarı və fiziki və optik təchizatları ilə bağlanıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu