AzərbaycanXƏBƏRLƏR

Nardaranlı gənclərdən ANS-ə cavab

İslamın xüsusi atributu sayılan hicaba işlətdiyi təhqiramiz cümlələrə görə ictimai qınağa tuş gəlmiş ANS kanalının aparıcısı İlqar Mikayıloğlu Nardaranla bağlı dediyi fikirlərə görə Nardaran gəncləri tərəfindən pislənilib.
Nardaranlı gənclər yazıblar ki, İlqar Mikayıloğlu ANS-in iddia etdiyi qərəzsiz və vicdanlı lmaq şuarlarına sadiq çıxmamısı uçun buna görə Nardaranı deyil öz səviyyəsini qınasın”!
Qeyd etmək lazımdir ki, İlqar Mikayıloğlunun hicabı təhqir etməsinə dindarlar sərt münasibət göstərib. Ruhanilər, İslamçı jurnalistlər və sıravi dindarlar ANS-in aparıcısının bu hərəkətinə görə tənbeh edilməsini, üzr istəməsini tələb ediblər.
ANS-in aparıcısının”Teleqraf” qəzetinin saytında yayımlanan müsahibəsində, o bununla əlaqədar müsəlmanlardan üzr istəyib.

O deyib : “Ola bilsin ki, hansısa ifadəni ehtiyatsız işlətmişəm. Əgər bu hansısa dindar qardaş və bacımızı qıcıqlandırıbsa, üzrlü saysınlar”.
ANS-in aparıcısı eyni halda bu telekanala məxsus əcayib məntiqlə deyib : “Tutaq ki, lap kiçik bir səhv etmişik. Bəs 4 aydır ki, hər cümə axşamı İslam dini barədə danışan mötəbər ilahiyyatçıları dəvət edən, Məhərrəm ayında dindarlarımızı anlayıb musiqidən, əyləncədən tamamilə uzaq olan ANS deyil? O varsa da, bu da var axı…!!”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu