İslamçıların Hüquqlarının Müdafiə Komitəsi vicdan məhbusu Tale Bağırzadənin məhkəməsində islamçılara qarşı baş vermiş zorakılıqla bağlı bəyanat yayıb.
İlahiyyatçı, vicdan məhbusu Hacı Tale Bağırovun Sabunçu rayon məhkəməsində islamçılara qarşı qanun pozuntusu dindarlara qarşı növbəti represiyadan xəbər verir. Beləki məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq, məhkəmə zalını və həyətini tərk olunmasını tələb edən dövlət məmurları inanclı insanlarla qeyri-etik rəftar edərək onları, dəyənəklərlə döyüb və küçə söyüşləri ilə təhqir ediblər. Bununla sakitləşməyən mülkü və polis formasında olan dövlət məmurları 20-yə yaxın inanclı vətəndaşı həbs edib. Bundan əlavə məhkəmə prosesində iştirak edən hüquq müdafiyəçilərinə və jurnalistlərə qarşı kobud rəftar ediblər. Biz İslamçıların Hüquqlarının Müdafiyə Komitəsi olaraq bu hadisəyə sərt etirazımızı bildirir, həbs olunmuş vətəndaşların dərhal azad olunmasını tələb edir və bu zorakılığa son qoyulmasını bildiririk. Bununla yanaşı dövlət məmurlarını dinc sakinlərin ictimayi asayişi pozmasına, təxribata çəkməmələrini tələb edirik. Heç bir dövlət məmurunun istənilən vədandaşa əl qaldırmaq və ya Onu təhqir etmək haqqı yoxdur. Bu Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Eyni zamanda məhkəmənin həyətində zorakılıq nümayiş etdirən polislərin dərhal qanun qarşısında cavab verməsini tələb edirik.- İslamçıların Hüquqlarının Müdafiyə Komitəsinin bəyanatında belə deyilir.