DünyaXƏBƏRLƏR

Kanadada dinə qarşı əsasnaməyə irimiqyaslı xalq aksiyası keçirilib

Yüzlərlə Kanada vətəndaşı bu ölkənin fransız əyaləti Kvebekdə dini dəyərlərə qarşı əsasnamənin təsdiqlənməsinə etiraz olaraq yürüş keçirib.
Etirazçılar bazar günü Kanadanın Kvebek əyalətinin mərkəzində Monreal şəhərində əllərində plakatlar daşıyaraq özlərini bu ştatın vətəndaşı və digər vətəndaşlarla bərabər hüquqa malik adlandırıb və Kanada hökuməti tərəfindən bu layihənin təklif olunmasından yaranan qorxu atmosferini pisləyiblər.
Xalq etirazları Kanadanın müxtəlif şəhərlərində, xüsusilə Kvebek əyalətində son həftələrdə dinə qarşı əsasnamə ilə mübarizə məqsədilə davam edir. Müsəlman etirazçılar və insan haqlarını himayə edən qruplar sentyabrın sonlarında və oktyabrın əvvəllərində də Monreal və Kanadanın müxtəlif şəhərlərində dini dəyərlər əleyhinə əsasnaməyə qarşı etiraz aksiyaları keçirirlər.
Son vaxtlar Kvebek rəsmiləri bu fransız dilli ştatda dini dəyərlərə qarşı yeni əsasnamənin təsdiqlənməsini irəli sürüblər. Bu əsasnamə bütün dini simvollar, o cümlədən dövlət idarələrində hicabdan istifadənin qadağasına şamil olur.
Kanada xalqı bu layihəni söz və ifadə azadlığına qarşı hesab edir.
Kanadada islam təşkilatlarının rəhbərləri də bu qənaətdədirlər ki, bu layihə hər bir məsələdən çox müsəlmanlar üçün məhdudiyyətin yaradılması məqsədilə hökumət tərəfindən təklif olunmuşdur. Kanadada Kvebek əyalətinin insan haqları və gənclərin hüquqları komissiyası da bir bəyanat verərək hökumət tərəfindən dəyərlərə qarşı yeni əsasnamənin təsdiqlənməsini pisləyib.
Kanadanın Kvebek əyalətində yeni təklif olunan əsasnamə bu əyalətdəki müsəlman qadınlara fiziki və ifadə zorakılığı və hücumlarının artması ilə nəticələnib.
Kvebek Qadınlar Mərkəzləri Koalisiyası xəbərdarlıq edib ki, son günlərdə bu əyalətdə müsəlmanlara qarşı fiziki və ifadə hücumları artıbdır.
İngilis Reyd rəy sorğusu mərkəzinin son rəy sorğusunun nəticələrinə əsasən, Kanadanın Kvebek əyalətinin 69% əhalisi və qalan əyalətlərin 54% əhalisinin islam dininə müsbət baxışı yoxdur. Lakin İngilis Reyd rəy sorğusu mərkəzinin son nəticələri həm də bu qənaətdədir ki, gənclər və Kanadanın ali təhsilli kütləsi islamofobiya hərəkətlərinin artmasına baxmayaraq, islam dininə müsbət yanaşırlar.
Kanada hökumətinin rəsmi statistikalarına əsasən, islam bu ölkədə inkişaf etməkdə olan ən sürətli din hesab olunur və Kanadanın müsəlman cəmiyyəti ötən bir dekadada 82% artıb. Müsəlmanlar Kanada əhalisinin 3%-dən çoxunu təşkil edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu